Estetik kosmetologiya
Prosedurlar
Dodaq estetikasından qaş əkiminə qədər hər prosedur üz anatomiyası, yaş və istəkləriniz nəzərə alınaraq fərdi planlaşdırılır. Məqsəd — üzün xarakterini dəyişmədən daha gümrah və balanslı görünüş.
İstiqamətlər
Sizi narahat edən nahiyəni seçin
Dodaq estetikası
Bığ nahiyəsini şişirtmədən, profildə önə qabartmadan təbii həcm və səliqəli kontur.
ƏtraflıGöz ətrafı
Yorğun baxışın, gözaltı çökəkliyinin və göz ətrafı qırışların korreksiyası.
ƏtraflıÜz konturu və liftinq
İtirilmiş həcmin bərpası, üz ovalının aydınlaşması və profil harmoniyası.
ƏtraflıBotoks
Mimikanı dondurmadan dinamik qırışların korreksiyası və tibbi göstərişlər.
ƏtraflıDəri və gəncləşdirmə
Nəmini və elastikliyini itirmiş dəri üçün fərdi seçilmiş inyeksion prosedurlar.
ƏtraflıQaş əkimi
Seyrək və ya tökülmüş qaşlar üçün öz tükləriniz ilə qalıcı həll.
Ətraflı
Konsultasiya
Müraciətdən nəticəyə qədər
Prosedurlar barədə ətraflı məlumat mesajla deyil, üz-üzə konsultasiyada verilir: düzgün qərar üçün üzün yaxından dəyərləndirilməsi vacibdir.
- MüraciətTelefon, WhatsApp və ya Instagram vasitəsilə qəbula yazılırsınız. Prosedura yazılarkən Instagram Direct-ə şəklinizi göndərə bilərsiniz.
- Üz-üzə konsultasiyaÜzünüz yaxından dəyərləndirilir, istəkləriniz və əvvəl etdirdiyiniz estetik prosedurlar müzakirə olunur.
- Fərdi planUyğun prosedur, preparat və düzgün ardıcıllıq izah edilir; qiymət də bu mərhələdə bildirilir.
- Prosedur və tövsiyələrProsedur razılaşdırılmış plan üzrə aparılır, sonrakı tövsiyələr fərdi olaraq verilir.
Kompleks yanaşma
Bir nahiyə deyil, üzün harmoniyası
Bəzən narahatlığın səbəbi bir nahiyədə deyil, bir neçə nahiyənin balansındadır. Yanaq, çənə xətti və dodaq birlikdə planlaşdırıldıqda üz daha harmonik görünə bilər.
Bəzi hallarda prosedurların ardıcıllığı nəticəyə birbaşa təsir edir. Məsələn, masseter botoksundan əvvəl başqa bir prosedura ehtiyac olub-olmadığı dəqiqləşdirilməlidir.
Qiymət
Qiymət nədən asılıdır?
Eyni adlı prosedurun qiyməti hər pasient üçün fərqli ola bilər. Dəqiq məbləğ konsultasiyada, fərdi plan müəyyənləşdikdən sonra bildirilir.
- Preparat — istehsalçı və preparatın növü
- Nahiyə — tətbiq olunan zona və onun xüsusiyyətləri
- Miqdar — istifadə olunan preparatın həcmi
- Həcm — prosedurun mürəkkəbliyi və seansların sayı
Bazar qiymətindən xeyli aşağı təklif olunan preparatlar saxta və sağlamlıq üçün təhlükəli ola bilər. Preparat prosedurdan əvvəl sizə göstərilir, yanınızda açılır və pasportu təqdim olunur.